İnnovasiyaların dünyanın dəyişməsində rolu

SABAH tələbələrinin hərtərəfli inkişafına dəstək olmaq məqsədilə keçirilən seminarlar 2015/2016-cı tədris ilində də avam etdirilir.

09.12.2015-ci il tarixində British Council (BC) və Azərbaycan-Böyük Britaniya Məzunları Assosiasiyasının (AUKAA) birgə təşkilatçılığı ilə SABAH tələbələrinə "İnnovasiyaların dünyanın dəyişməsində rolu" mövzusunda seminar keçirilimişdir.

Seminar hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İngiltərənin Vebster Universitetinin və Corc Vaşinqton Universitetinin məzunu cənab Fariz Cəfərov tərəfindən aparılmışdır.