SABAH Karyera Akademiyasının tərəfdaşı olan Microsoft texniki ixtisaslar üzrə təhsil alan SABAH tələbələrinı “Microsoft Ambassador” proqramına qoşulmaq imkanı yaradır.
12 ay davam edən "Microsoft Ambassador" proqramı tələbəyə ali məktəb və ya peşə təhsili müəssisələrində Microsoft-un səlahiyyətli nümayəndəsi olmaq imkanı verir. Səlahiyyətli nümayəndə 12 ay ərzində Microsoft Korporasiyasının Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə sıx əməkdaşlıq edir, təcrübə toplayır, şirkətin strategiyası, yenilikləri, həlləri və texnologiyaları ilə ətraflı tanış olur.