Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan Riyaziyyat, Müəllimlik, İnformasiya Texnologiyaları (İT) üzrə BİLİK YARIŞMASI iki mərhələdən ibarət olmaqla cari ilin mart-aprel aylarında keçiriləcəkdir. Müvafiq BİLİK YARIŞMASInda iştirak etmək istəyən SABAH qrupları tələbələrindən təlimatdan sonrakı qeydiyyat formasını doldurmaqları tələb olunur.
Təlimat:
1. BİLİK YARIŞMASInda yalnız SABAH qrup tələbələri iştirak edə bilər.
2. BİLİK YARIŞMASIna şəxsiyyət vəsiqəsi, tələbə bileti və diyircəkli qələmin gətirilməsi tələb olunur. Digər əşyalarla yarış auditoriyalarına daxil olmağa icazə verilmir.
3. Elektron qeydiyyatın son tarixi 06.03.2018.
Qeydiyyat üçün link: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=L5ZinzvtdE-vcETFx2T9pNYuvroEmqlKh50H2UOcXKVUQUxRTjNISTI0UENRWTlQRVhIQ1Y0UTNaMS4u
Bilik yarışmalarının keçirilmə məkanı:
- Riyaziyyat üzrə Bilik Yarışması (Riyazi analiz, Diferensial tənliklər, Xətti cəbr, Ehtimal nəzəriyyəsi) 12.03.2018 tarixində Bakı Dövlət Universitetində (Akademik Zahid Xəlilov küçəsi 23);
- İnformasiya Texnoloyaları (İT) üzrə BilikYarışması (Verilənlərin strukturu, Verilənlər bazası sistemləri) 16.03.2018 tarixində Azərbaycan Texniki Universitetində (Hüseyn Cavid prospekti 25) keçiriləcəkdir;
- Müəllimlik üzrə Bilik Yarışması (Pedaqogika, Psixologiya, Nitq mədəniyyəti) 14.03.2018 tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (Üzeyir Hacıbəyli küçəsi 68).