SABAH BİLİK YARIŞMASINA QOŞUL!
Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan Riyaziyyat, Müəllimlik, İnformasiya Texnologiyaları üzrə BİLİK YARIŞMASI iki mərhələdən ibarət olmaqla cari ilin fevral-aprel aylarında keçiriləcəkdir.
İnformasiya Texnologiyaları üzrə BİLİK YARIŞMASInın I mərhələsi (Verilənlərin strukturu, Verilənlər bazası sistemləri) 01/03/19 tarixində Azərbaycan Texniki Universitetinin əsas korpusunda (Hüseyn Cavid prospekti 25) olacaqdır.
Müvafiq BİLİK YARIŞMASInda qeydiyyatdan keçmiş SABAH qrupları tələbələri mütləq şəkildə saat 8:50 gec olmayaraq yarışma keçirələcək məkanda olmalıdırlar.
Təlimat: BİLİK YARIŞMASIna şəxsiyyət vəsiqəsi və ya tələbə bileti, diyircəkli qələmin gətirilməsi tələb olunur. Digər əşyalarla yarış auditoriyalarına daxil olmağa icazə verilmir.