SABAH İcra komitəsinin rəhbəri Şahin Seyidzadə Azərbaycan Dillər Universitetinin akt zalında SABAH tələbələri ilə görüş keçirdi. Görüşdə ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev, BSU-nun Tədris işləri üzrə prorektoru professor Telman Cəfərov, ADU-nun və BSU-nun SABAH mərkəzlərinin rəhbərləri iştirak edirdilər. Açılış nitqi söyləyən Əfqan müəllim SABAH qruplarının ADU-dakı fəaliyyəti haqqında danışdı.
Daha sonra söz Şahin müəllimə verildi. O, yeni təqaüd qaydalarından, SABAH yataqxanasından, təcrübə proqramlarından və SABAH tələbələri üçün dil daşıyıcıları tərəfindən təşkil olunacaq əlavə Fransız dili kurslarından danışdı.
Görüş tələbələrin sualları və onların cavablandırılması ilə yekunlaşdı.