SABAH qruplarının Memarlıq ixtisası üzrə təhsil alan II kurs tələbələrinin əl işlərindən ibarət sərginin bu gün açılışı olmuşdur.
Açılışda tələbələrlə yanaşı SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak etmişdir. Sərgidə tələbələrin yaşayış evləri konsepsiyasına əsasən modern üslubda hazırladıqları 70-dən çox maket və eskiz nümayiş olunur.
Bu il ikincisi keçirilən sərgi artıq SABAH tələbələrinin ənənəsinə çevrilməkdədir. Sərgi Azərbaycan Memarlıq və İnşaat Universitetinin əsas korpusunun ikinci mərtəbəsində keçirilir və Novruz bayramınadək davam etməsi nəzərdə tutulur.
https://www.facebook.com/sabah.edu.gov.az/