SABAH-ın mərkəz rəhbərləri seminarda iştirak ediblər

SABAH-ın mərkəz rəhbərləri BDU-da Tomson Röyter informasiya agentliyinin keçirdiyi seminarda iştirak ediblər.

Bakı Dövlət Universiteti və Tomson Röyter informasiya agentliyinin Əqli Mülkiyyət üzrə Elm Departamenti tərəfindən “Web of Science və onunla əlaqədar alətlərlə iş” üzrə Sertifikatlaşdırma Proqramı çərçivəsində seminar keçirilib. 2 günlük seminar BDU-nun Elmi-Tədqiqat Hissəsi tərəfindən təşkil olunub. Aygün Babazadə (Azərbaycan), Darya Buxtoyarova (Rusiya), İrina Tixonkova (Ukrayna) və Ləzizə Mukaşeva (Qazaxıstan) tərəfindən aparılan seminarda 27 nəfər BDU əməkdaşı və Təhsil Nazirliyinin müxtəlif ATM-lər üzrə SABAH mərkəzinin rəhbərləri iştirak ediblər.  Seminarın sonunda Tomson Röyter informasiya agentliyinin Əqli Mülkiyyət üzrə Elm Departamentinin Təhsil Proqramları üzrə direktoru Valentin Boqorov və BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə iştirakçılara sertifikatlar təqdim ediblər.