SABAH Karyera Qış Məktəbi

Hörmətli tələbələr,

SABAH Karyera Akademiyası çərçivəsində 17-19 fevral 2017-ci il tarixlərində keçiriləcək SABAH Karyera Qış Məktəbində iştirak edəcək tələbələrin siyahısını buradan əldə edə bilərsiniz. Qış məktəbi Azərbaycan Dövlət İqtisad Universitetinin Quba şəhərində yerləşən tədris-təlim kompleksində keçiriləcəkdir. 

SABAH Karyera Qış Məktəbinə tələbələrin seçimi ali təhsil müəssisələri üzrə kvotaya əsasən Karyera Akademiyası sorğusunda məzun olduqdan sonrakı fəaliyyətlər üzrə (işə düzəlmə, magistratura, sahibkarlıq, elmi tədqiqat) işə düzəlmə istiqamətini 1-ci dərəcəli qeyd etmiş, eyni zamanda akademik göstəriciləri yüksək olan tələbələr arasından (ÜOMG ardıcıllığına əsasən) aparılmışdır.  

Adları siyahıda qeyd olunan tələbələrlə görüş 15 fevral tarixində (saat və yer qeyd olunacaq) keçiriləcəkdir. Görüşdə iştirak etməyən tələbər müvafiq ardıcıllığa əsasən digər tələbələrlə əvəz olunacaqdırlar. Görüşün vaxtı və yeri barəsində bildiriş Qış Məktəbi sorğusunu doldurarkən daxil etdiyiniz email ünvanlarına (@sabah.edu.az) 14 fevral tarixində göndəriləcəkdir.

Hər birinizi təbrik edir və uğurlar arzu edirik!