2015/2016-cı tədris ilində SABAH qruplarına qəbul olunmuş və hazırda II kursda təhsil alan SABAH tələbələrinin Böyük Britaniyanın London şəhərində keçiriləcək yay məktəbində iştirak etmək şansı var!
Yay məktəbi 24 – 31 iyul 2016-cı il tarixləri arasında keçiriləcəkdir.
Son qeydiyyat tarixi 13 iyun, 00:00-dır.
Qeydiyyat üçün: http://goo.gl/forms/PzYsaJO1nZumDfZl2
Qeydiyyat zamanı daxil edilmiş məlumatların doğruluğu yoxlandıqdan sonra, müraciətləri müsbət dəyərləndirilmiş tələbələr müsahibə mərhələsinə dəvət olunacaqdırlar.
QEYD: sabah.edu.az emailləri vasitəsilə qeydiyyatdan keçməyən tələbələrin müraciətlərinə baxılmayacaqdır.