SABAH müəllimləri üçün təşkil olunmuş 2 günlük təlimlər başa çatdı

16-17 yanvar 2016-cı il tarixlərində SABAH qruplarında tədrisə cəlb edilmiş müəllimlər üçün “Müasir müəllimin fərdi işçi planının (syllabus) tərtibi” mövzusunda 2 günlük nəzəri-təcrübi təlim keçirilmişdir. Təlim aşağıdakı mövzuları əhatə etmişdir:

- Tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri

- Tələbələrin öyrənmə xüsusiyyətləri və üsulları

- Tələbələrin öyrənmə mərhələləri və müvafiq fəaliyyət növləri

- Müəllimin fərdi işçi planını tərtib etmə prinsipləri. İşçi planının komponentləri.

- Fənnin təsvirinin əhəmiyyəti

- Tənqidi təfəkkür (Blumun taksonomiyası) və kursun məqsədləri. 

- Kursun məqsədlərinə cavab verən qiymətləndirmə metodları: İmtahanlar, testlər, inşalar, tənqidi yazılar, təqdimatlar. Qiymətləndirmə sistemləri və meyarları.

- Tələbələrin fənni qiymətləndirməsi.Qiymətləndirmənin mühüm xüsusiyyətləri. Qiymətləndirmənin komponentləri. Qiymətləndirmənin tədris proqramına təsiri

- Müzakirənin strategiyası. Sinifdə müzakirələrin canlandırılması. Tələbələrin müzakirələrdə fəal iştirakı- Böyük qruplarda iş. Seminar dərslərin təşkili. Böyük qruplarda tələbə iştirakının təşkili

- Tələbələrdə öyrənmə həvəsinin və istəyinin artırılması. Müxtəlif öyrənmə üsulları.

11 ali təhsil müəssisəsindən ümumilikdə 60 müəllimin iştirak etdiyi təlim ADA Universitetinin Təhsilin idarə edilməsi fakültəsinin dekanı, professor Vəfa Kazdal və dosent Anar Vəliyev tərəfindən keçilmişdir.

Ətraflı: http://edu.gov.az/az/page/9/11880

https://www.facebook.com/sabah.edu.gov.az/?ref=hl