SABAH qrupları müəllim heyəti üçün silsilə təlimlər keçirildi.

5-6 və 12-13 sentyabr 2015-ci il tarixlərində SABAH qruplarında tədris edən müəllim heyəti üçün ADA Universitetində Tədris proqramı (Syllabus) təlimi keçirildi. Təlimlər ADA universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin dekanı Vəfa Kazdal və ADA Universitetinin prorektoru Anar Vəliyev tərəfindən aparılmışdır. 

100-ə yaxın müəllimin iştirak etdiyi təlim aşağıdakı mövzuları əhatə etmişdir:

- Sillabusların tərtib olunması

- Dəyərləndirilmənin hazırlanması və seçilməsi

- Öyrənmə səviyyələri 

- Bacarıq və səriştələr