SABAH qruplarına imtahanın yeri və vaxtına dair məlumat

“Hörmətli Tələbələr, SABAH qruplarına ərizələrin qeydiyyatı artıq müvəffəqiyyətlə başa çatmışdır. Siz yaxın bir zamanda imtahanın yeri və vaxtına dair məlumatın qeyd edildiyi imtahan bildirişlərini ixtisasınıza uyğun  baza ali təhsil müəssisələrindən əldə edə bilərsiniz.”
*Gəncə ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Gəncə Dövlət Universitetindən əldə edə bilərlər.
*Naxçıvan ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Naxçıvan Dövlət Universitetindən əldə edə bilərlər.
*Lənkəran ali təhsil müəssisəsindən müraciət edən tələbələr bildirişləri Lənkəran Dövlət Universitetindən əldə edə bilərlər.