SABAH qruplarına qəbul olunmuş tələbələrin qeydiyyatı başlandı

2017/2018-ci tədris ili üçün SABAH qruplarına qəbul olunmuş tələbələrin qeydiyyatı 1-4 avqust 2017-ci il tarixləri arasında www.student.sabah.edu.az  saytı vasitəsilə aparılacaqdır.

Tələbələr şəxsi kabinetərinə daxil olaraq 1-4 avqust tarixlər arasında SABAH qruplarında təhsil almaq niyyətini təsdiq edən müvafiq ərizə formasını təsdiqləməlidirlər. Qeydiyyatı tamamlamamış tələbələr SABAH qruplarına qəbul olunmuş hesab olunmayacaqdırlar. 

2017/18-ci tədris ilində SABAH qruplarına qəbul olunmuş Bakı, Sumqayıt, Xırdalan və Abşeron şəhərləri istisna olmaqla, digər rayonlarda qeydiyyatda olan tələbələr SABAH yataqxanasına müraciət üçün müvafiq xanada yataqxanaya ehtiyac haqqında seçimi işarələməlidirlər. Yataqxanaya qeydiyyat üçün son tarix 4 avqust 2017-ci ildir. Məlumat üçün bildiririk ki, yataqxanada yaşayış ödənişsiz, qidalanma könüllülük əsasında tələbələrin şəxsi vəsaiti hesabınadır.

II semestr üzrə akademik göstəricilərin yüklənilməsi üçün son tarix 31 avqust 2017-ci ildir.