SABAH qruplarına qəbul üzrə müsabiqənin II mərhələsi artıq yekunlaşmışdır. Müsabiqənin bu mərhələsi 12.04.2015-ci il tarixində Bakı şəhərində keçirilmiş və imtahanda ümumilikdə 1639 nəfər tələbə iştirak etmişdir. İmtahan zamanı tələbələrin məntiqi düşüncə və xarici dil üzrə bilikləri qiymətləndirilmişdir. SABAH qruplarına qəbul üzrə imtahanı uğurla başa vurmuş, adları aşağıdakı siyahıda qeyd edilən tələbələr müsabiqənin III mərhələsinə - müsahibəyə dəvət edilirlər.
*Müsahibənin yeri və vaxtı barədə dəqiq məlumat yaxın bir zamanda saytımızda yerləşdiriləcək.
Bizi İzləyin !!!