SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin II mərhələsi haqqında məlumat

2017/2018-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsinin II mərhələsi olan test imtahanı 4 iyun 2017-ci il tarixində keçiriləcəkdir.

Müsabiqənin I mərhələsini müvəffəqiyyətlə tamamlamış və uyğun olaraq imtahan mərhələsinə dəvət olunan tələbələrin siyahısını buradan  əldə edə bilərsiniz.

İmtahana buraxılış vərəqəsini əldə etmək üçün student.sabah.edu.az saytına daxil olaraq ilkin qeydiyyat zamanı yaratdığınız hesab məlumatlarından (email ünvanı, qeydiyyat şifrəsi) istifadə etməklə şəxsi kabinetə daxil olmalısınız. Hər bir tələbə 2 may 2017-ci il tarixinədək öz buraxılış vərəqəsini çap etməlidir.

DİQQƏT

1. İmtahan günü saat 9:00-dan gec olmayaraq imtahanın keçiriləcəyi yerdə olmalısınız.

2. İmtahana gələrkən özünüzlə mütləq buraxılış vərəqəsini və şəxsiyyət vəsiqənizi gətirməlisiniz, əks-halda imtahana buraxılmayacaqsınız.