SABAH qruplarına tələbə qəbulunun ikinci mərhələsi

SABAH qruplarına 2016/2017-ci tədris ili üçün tələbə qəbulu müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) 12 iyun 2016-cı il tarixində, saat 11:00da  keçiriləcəkdir.

Adları siyahıda qeyd olunan tələbələr, imtahana buraxılış vərəqələrini 7 iyun-10 iyun 2016-cı il tarixləri arasında, saat 9:00-dan 18:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzindən əldə etməlidirlər.

(Ünvan: Bakı şəhəri, Xətai pr. 49, Təhsil Nazirliyinin yan tərəfi)

 Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, AzərbaycanTexnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universitetindən imtahana dəvət olunan tələbələr buraxılış vərəqələrini həmin ali təhsil müəssisələrinin tədris işləri üzrə prorektorluğundan əldə etməlidirlər.

 DİQQƏT: Buraxılış vərəqəsi yalnız şəxsiyyət vəsiqəsi təqdim edildiyi halda verilir. Vərəqəni aldığınızı müvafiq xanada imzanızla təsdiq etdiyinizdən əmin olun.