13 mart 2015-ci il tarixində SABAH qruplarında tədris aparan müəllimlər üçün Gülzar Dadaşquliyevanın İdarəetmə mövzusunda təlimi baş tutdu. 7 baza ali təhsil müəssisəsindən olan 80-ə yaxın müəllimin iştirak etdiyi təlimdə şəxsi dəyərlər, müəllimlik fəaliyyəti, idarəetmə üsulları, çətin idarə olunan tələbələr və onların idarə edilməsi yolları, problem həlletmə, komandaqurma, tələbələri ruhdan salan və motivə edən amillər, ünsiyyət və kostruktiv tənqidin verilməsi kimi mövzulara toxunuldu.