SABAH qruplarında tədrisə cəlb olunmuş müəllimlər üçün təlim keçirildi.

18-19 oktyabr, 25-26 oktyabr və 1-2 dekabr 2014-cü il tarixlərində SABAH qruplarında tədrisə cəlb olunmuş müəllimlər üçün ADA universitetində təlim keçirilmişdir. Vəfa Kazdal və Anar Vəliyev (ADA universitetinin professor – müəllim heyəti) tərəfindən aparılmış təlimlərdə baza ATM – lər üzrə 120 nəfər müəllim iştirak etmişdir. Təlim aşağıdakı mövzuları əhatə etmişdir:

  • Sillabusların tərtib olunması.
  • Dəyərləndirilmənin hazırlanması və seçilməsi
  • Öyrənmə səviyyələri
  • Bacarıq və səriştələr