Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında 2017/ 2018 –ci tədris ilində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar.
Öhdəliklər
Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
Kurs sillabusunun hazırlanması;
Tələbə biliyinin vaxtında qiymətləndirilməsi;
ATM-lərin daxili intizam sənədləşmə qaydalarına riayət edilməsi.
Namizədə Tələblər
Əlaqədar sahədə ən aşağı Magistr dərəcəsi olan;
İKT və sahə bilikləri yüksək səviyyədə olan;
İnnovativ tədris metodikalarından istifadə edə bilən;
Müasir pedaqoji yanaşmalardan xəbərdar olan;
Dinamik, pozitiv və ünsiyyətcil.
Tələblərə cavab verən namizədlərdən müraciət formasını doldurmaq xahiş olunur.
Seçim zamanı müvafiq sahə üzrə ali tədris təcrübəsi olan, Fəlsəfə doktoru/Elmlər doktroru və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək.
Hər bir namizəd 3 fənnə qədər seçim edə bilər .
Fənlərin siyahısı müraciət formasına daxil olunub.
Son müraciət tarixi: 21 iyun 2017