Hörmətli tələbələr,
Nəzərinizə çatdırırıq ki, hər 3 mərhələni uğurla başa vurmuş, lakin II semestr nəticələrinə əsasən akademik borcu yaranmış tələbələr “SABAH qruplarına tələbə qəbulu Qaydaları”na əsasən qəbul olunmur. Bu səbəbdən, müəyyən olunmuş ixtisaslar üzrə kvotaya uyğun olaraq yaranmış vakant yerlərə qəbul olunmaq üçün adları siyahıda qeyd olunmuş tələbələr 2-ci semestr nəticələrinin qeyd olunduğu akademik transkripti və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə 8-9 avqust saat 10:00-13:00 arası 202 saylı məktəbə gələrək qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, tələbələr SABAH qruplarına qəbul zamanı topladıqları yekun bal ardıcıllığına uyğun olaraq müəyyən edilmiş kvota üzrə qəbul olunacaqlar. Göstərilən müddət ərzində qeydiyyatdan keçməmiş tələbələr SABAH qruplarına qəbul edilmirlər.