SABAH qruplarının açıq dərsi bu dəfə Azərbaycan Dillər Universitetində keçirildi

Mayın 17-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının və Azərbaycan Dillər Universitetinin SABAH mərkəzinin birgə təşkilatçılığı ilə açq dərs keçirildi.  “Məsuliyyətin üç pilləsi” mövzusunda keçirilən seminar BP Azərbaycanın Xarici işlər şöbəsinin rəhbəri, ABŞ-ın Roçester Texnologiya Universitetinin Kommunikasiya və marketinq üzrə məzunu Rəşad Bayramov tərəfindən aparıldı.

 Azərbaycan Dillər Universitetinin SABAH mərkəzinin rəhbəri Gülnar Dadaşzadənin və II kurs SABAH tələbələrinin iştirak etdiyi seminarda insanın ailədə və cəmiyyətdəki öhdəlikləri müzakirə olunmuşdur. İnteraktiv formada keçirilən seminarda, ideal cəmiyyət üçün hər kəsin öz məsuliyyətini dərk etməsi və ona uyğun davranmasının vacibliyi vurgulandı.