SABAH qruplarının professor - müəllim heyəti və tələbələri xarici ölkələrdə səfərdə olmuşlar

22-26 mart tarixlərində SABAH qruplarının professor - müəllim heyəti Paris-Sorbon universitetinin keçirdiyi layihə çərçivəsində İspaniya Krallığının Madrid şəhərində mübadilə proqramı üzrə səfərdə olmuşlar. İspaniyanın Xuan Karlos, Complutense və Nebrija universitetlərində görüşlərdə olan heyət həmin universitetlərdə tədrisin təşkili, kredit sistemi, tələbələrin qiymətləndirilməsi, tələbə və müəllim mübadiləsi, universitetin idarə olunması metodları haqqında müzakirələrdə iştirak etmişlər.