Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin II kurs SABAH qrupu tələbələri Vüsal Aydəmirov və Cavid Əzizov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Global Fest Peterburq 2016” beynəlxalq müsabiqəsində uğurla iştirak ediblər.
Ümumilikdə, 10 ölkədən olan iştirakçıların qatıldığı müsabiqədə SABAH tələbələri 3 müxtəlif nominasiya (fortepiano-duet, solo və ansambl) üzrə III yerə layiq görülüblər.
Qeyd edək ki, solo nominasiyası üzrə I yeri Rusiya və II yeri Ukrayna, ansambl nominasiyası üzrə I yeri Rusiya və II yeri Yaponiya, fortepiano-duet nominasiyası üzrə isə I yeri Rusiya, II yeri Gürcüstanı təmsil edən iştirakçılar qazanıblar.
Ətraflı: http://edu.gov.az/az/page/9/11883
https://www.facebook.com/sabah.edu.gov.az/?ref=hl