Sabah qruplarına qəbul olan tələbələr 22 avqust 2014 tarixinədək saat 09:00 -dan 13:00 -a qədər Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
Naxçıvan ali təhsil müəssisələrindən Sabah qruplarına qəbul olmuş tələbələr qeydiyyat keçmək üçün Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinə müraciət edə bilərlər.
Rus və İngilis dili bölmələri üzrə təhsil alan tələbələr ilkin olaraq Sabah qrupalarında Azərbaycan bölməsi üzrə təhsillərini davam etdirmək istəkləri ilə bağlı razılıq ərizəsi yazmalıdırlar.
Oxşar ixtisaslar üzrə Sabah qruplarına müsabiqədə iştirak edib uğurlu nəticə qazanan tələbələr öz istəkləri ilə ödənişli əsaslarla ixtisaslarını dəyişdirə bilərlər.