SABAH tələbələri “Azərbaycan NATO Günləri” tədbirində iştirak etdilər.

22-25 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçığı ilə NATO ilə əməkdaşlıq çərçivəsində hər il ənənəvi olaraq ölkəmizdə təşkil olunan “Azərbaycan NATO Günləri” adlı tədbir keçirilmişdir.

Tədbirdə SABAH qruplarının “Hüquqşunaslıq”, “Beynəlxalq münasibətlər”, “Tarix”, “İqtisadiyyat”, “Dünya iqtisadiyyatı” ixtisaslarının tələbələri də iştirak etmiş, müzakirəyə qoşulmuşlar.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin, eləcə də ölkəmizin digər ali təhsil müəssisələrinin professor-müəllim və tələbələrinə, ”Azərbaycan - NATO əməkdaşlığı”, “NATO Varşava Sammitindən sonra NATO-nun Tərəfdaşlıq Siyasəti və Cənubi Qafqaz” və digər mövzularda mühazirələrin oxunması və dəyirmi masa müzakirələrinin aparılmasından ibarət olmuşdur.