SABAH tələbələri “Heydər zirvəsi”nə yürüş ediblər

      SABAH qruplarının tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüşdə iştirak ediblər.

    İştirakçılar 9-10 may tarixlərində əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş edib. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Heydər Əliyevin xatirəsini yad ediblər.

Sonda yürüşdə iştirak etmiş tələbələr sertifikatla təltif olunublar.