SABAH tələbələri ilə görüşlər

SABAH İcra Komtəsinin rəhbəri Elçin Ağakişiyev 2015/2016-cı tədris ilində SABAH qruplarına qəbul olmuş tələbələrlə görüşmüşdür.

23.09.2015-ci il tarixində Bakı Dövlət Universitetində keçirilmiş görüşdə tədris, imtahanlar, SABAHın üstünlukləri və s. mövzularda tələbələri  maraqlandıran suallara aydınlıq gətirilmişdir. 

02.10.2015-ci il tarixində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH tələbələri ilə görüş keçirmişdir.

05.10.2015-ci il tarixində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH  tələbələri ilə eyni məzmunlu görüş keçirmişdir. 

09.10.2015-ci il tarixində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev 2015/2016-cı tədris ilində Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin SABAH qruplarına qəbul olmuş tələbələrlə görüş keçirmişdir.

14.10.2015-ci il tarixində SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev 2015/2016-cı tədris ilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Musiqi Akademiyasının SABAH qruplarına qəbul olmuş tələbələrlə görüş keçirmişdir.