SABAH tələbələri Qəbələ Hidrometeoroloji stansiyasında!

Bakı Dövlət Universitetinin Coğrafiya müəllimliyi  ixtisası üzrə SABAH qrup tələbələrinin Aytən Məhərrəmovanın rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin nəzdində Fəaliyət göstərən Qəbələ Hidrometeoroloji stansiyasında təcrübə görüşü təşkil olunmuşdur. Bu görüşdə Tələbələr meteoroloji parametrlərin ölçmə üsulları, meteoroloji sistemlər, müasir meteoroloji stansiyalarla tanış olmuş, meteoroloji informasiyanın çatdırılması, aktuallığı, müasir meteoroloji məlubat bazasının yaradılması haqqında da onlara geniş  məlumatlar verilmişdir. Bunlarla yanaşı müşahidəçilər tələbələri meteoroloji meydançanın qurulma prinsipi, meydançaya qoyulan tələblərlə bağlı  məlumatlandırmış,  Qəbələ meteoroloji mərkəzində istifadə olunan Finlandiyanın VAİSALA şirkətinin müasir ölçmə sistemləri və bu sistemlərin iş prinsipi tələbələrə izah olunmuşdur.