Azərbaycan Texniki Universiteti SABAH qruplarının İnformasiya Texnologiyaları və Kompüter mühəndisliyi ixtisaslarının tələbələri Natavan Alı qızı və Xəlilov Şahin Azərbaycan Respublikası Təhsil Nazirliyi, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Huawei Azərbaycan şirkətinin təqdim etdiyi “Seeds For The Future” proqramının qalibi olmuşdurlar.
Tələbələr Huawei şirkətinin Şenzen şəhərində yerləşən baş ofisində ən son texnologiyalar olan 5G, Bulud(Cloud), İOT( İnternet of Things) və şirkətin istifadə etdiyi avadanlıqların arxitekturası, qurulma qaydası, işləmə prinsipi ilə yaxından tanış olmuş, keçirilən təlimlərdə fəal iştirak etmişlər. Tələbələr sıfırdan 4G rabitə stansiyası quraraq öz telefonları vasitəsi ilə qoşulmuş və öz aralarında danışıq apararaq real praktiki bacarıqlar əldə etmişdirlər. Daha sonta qalib tələbələr ilk olaraq Pekin şəhərinə səfər etmiş, Böyük Çin səddi, Qadağan olunmuş Şəhər kimi tarixi yerləri və mədəniyyəti ilə tanış olmuşlar.
Təlimlərdə uğurla iştirak etmiş tələbələr sonda sertifikat ilə təltif olunmuşdurlar.