SABAH tələbələri “Techstars Startup Weekend”-in qalibləri oldular!

 Dünyanın 150 ölkəsində eyni anda keçirilən "Techstarts Startup Weekend"-in Azərbaycan finalı bu il "Next Step İnnovation Centre" tərəfindən keçirilmişdir. 

“FinTech” mövzusunda keçirilən bu start-up daha yaxşı maliyyə sisteminin yaradılmasına həsr edilmişdir. 3 gün davam edən bu layihədə SABAH qruplarının BDU, AzTU və ADNSU tələbələri iştirak etmişdir.

 Sonda “Elektron lotoreya”  adı layihə ilə çıxış edən ADNSU SABAH qrupları "Neft-qaz qurğuları mühəndisliyi" ixtisası üzrə IV kurs tələbəsi Orucov Alirzanın və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə IV kurs tələbəsi İmamverdiyev Kəyan qalib seçilmiş və mükafatla təltif edilmişlər.