SABAH tələbələri üçün Karyera İnkişafı Sərgisi keçiriləcək

SABAH Karyera Akademiyası SABAHın məzun və tələbələrinin karyera inkişafına dəstək olmaqda davam edir!

9 iyun tarixində SABAH qrupları və Azərbaycanda Amerika Ticarət Palatasının birgə təşkilatçılığı və 31 şirkətin  iştirakı ilə Landmark Plazada Karyera İnkişafı Sərgisi (Career Development Fair) keçiriləcəkdir. 

Sərgidə iştirak etmək üçün cədvələ  uyğun olaraq şəxsiyyət vəsiqəsi və minimum 10 ədəd CV (həm İngilis, həm Azərbaycan dilində) ilə birlikdə The Landmark Hotel Baku-nun Rotunda zalına yaxınlaşmağınız tələbə olunur.

Tələbələrdən yalnız aşağıdakı Numune CV formasını doldurmaları xahiş olunur. CV-lərin ingilis və azərbaycan dillərində olması üstünlükdür.

İngilis dilində CV doldurmaq istəyənlər aşağıdakı linkdən istifadə etməklə standard Europass CV formasını doldura bilərlər. 

https://europass.cedefop.europa.eu/editors/en/cv/compose

 

 

Sərgi yalnız SABAH qruplarının III və IV kursunda təhsil alan tələbələr üçündür.