SABAH tələbələrinin inkişafına dəstək olmaq məqsədilə Sorbon Abu-Dabi Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbələr Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçiriləcək “Tənqidi düşünmə” təlimində iştirakı edə bilərlər. III kurs təhsil alan və III, IV, V semestr ərzində yüksək nəticə göstərən 15 tələbənin iştirakı SABAH İcra Komitəsi tərəfindən təmin olunacaqdır.
Təlim 19-24 mart 2016-cı il tarixlərini əhatə edəcəkdir.
Hər bir ali təhsil müəssisəsi üzrə təlimdə iştirak etmək üçünSABAH İcra Komitəsi tərəfindən iştirakı təmin olunacaq tələbələr üçün maksimal kvota baza ali təhsil müəssisələrində III kurs üzrə SABAH qruplarında təhsil alan tələbələrin sayına müvafiq olaraq müəyyənləşdirilmişdir.
BAZA ALİ TƏHSİL MÜƏSSİSƏSİNİN ADI | TƏLƏBƏ SAYI |
Bakı Dövlət Universiteti | 5 |
Azərbaycan Dövlət İqtisad Universiteti | 4 |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti | 2 |
Azərbaycan Memarlıq və İnşaat Universiteti | 1 |
Azərbaycan Dillər Universiteti | 1 |
Azərbaycan Texniki Universiteti | 1 |
Azərbaycan Pedaqoji Universiteti | 1 |
SABAH İcra Komitəsi tərəfindən iştirakı təmin olunacaq tələbələrin seçimi III, IV, V semestrlər üzrə ən yüksək ÜOMG-i (90 və 90 baldan yuxarı) olan tələbələr arasından test imtahanı (İngilis dilində məntiq) və müsahibə mərhələlərinin nəticəsinə əsasən aparılacaqdır.
İmtahan 15 fevral 2016-cı il saat 10:00-da Bakı Dövlət Universitetinin əsas korpusunda keçiriləcəkdir. İmtahana dəvət olunan tələbələr imtahanın keçiriləcəyi auditoriyalarla yenilənmiş siyahıda tanış ola bilərlər. Hər hansı bir səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün yenidən imtahan təşkil olunmayacaq.
DİQQƏT! Şəxsiyyəti təsdiq edən sənədi təqdim etməyən tələbələr imtahana buraxılmayacaq.
Təlimdə şəxsi vəsaiti hesabına iştirak etmək istəyən tələbələr müraciətlərini 15 fevral 2016-cı il tarixinə qədər student@sabah.edu.az ünvanına yazaraq bildirə bilərlər.