SABAH tələbələrinin “We are The World” adlı tədbiri uğurla yekunlaşıb

                                                                  “We are The World”

Azərbaycan Texniki Universitetinin SABAH qruplarında Britaniya Konsulluğunun təlimçisi Natavan Daşdıyevanın rəhbərliyi altında “We are The World”  adlı İngilis dilində tədbir həyata keçirilmişdir. Tədbirdə 10 ölkə təmsil edilmişdir. Hər bir ölkənin tarixi, adət-ənənəsi, milli yeməkləri, haqqında ətraflı məlumat verilmiş, məşhur tarixi abidələrinin maketləri  SABAH tələbələri tərəfindən hazırlanaraq gələn qonaqlara nümayiş etdirilmişdir.

 Tədbirdə Azərbaycan Texniki Universitetinin tərbiyə işləri üzrə prorektoru İsa Xəlilov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov, SABAH qruplarının İcra Komitəsinin müəllimlərlə iş üzrə rəhbəri İlhamə Rəhimova, SABAH qruplarının İcra Komitəsinin əməkdaşı Günay İmanzadə, Azərbaycan Texniki Universitetinin SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova, Bakı Dövlət Universitetinin SABAH mərkəzinin rəhbəri İradə Süleymanova, iştirak etmişdir.  Tədbirə AzTU-da təhsil alan xarici tələbələr və Bakı Dövlət Universitetinin tələbələri də iştirak ediblər.

Biz də öz növbəmizdə tədbirin həyata keçməsində bütün tələbələrə və onların müəllimi Natavan Daşdıyevaya öz təşəkkürümüzü bildiririk!