Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir və bu yarışlarda Azərbaycan Dillər Universitetinin SABAH qruplarının IV kurs tələbəsi Ülviyyə Fətəliyeva da iştirak edirdi. Oyunların nəticələrinə görə 10 mümkün oyundan 8 xal yığan tələbəmiz WOMEN Grand Master (WGM) normasını yığıb və onun nəticəsinə 43 punkt reyting artırılıb. Biz də Ülviyyəni təbrik edir və irəlidə ona daha da böyük nailiyyətlər diləyirik!