SABAH və YARAT Müasir İncəsənət Məkanı Art təcrübə proqramına namizədlərin qəbulunu elan edir.

Təcrübə qazan, hazırlıqlı ol! 

ART Təcrübə proqramı vasitəsilə siz YARAT təşkilatında təcrübə keçməklə yanaşı, müasir incəsənət sahəsində əvəzolunmaz təcrübə qazanacaq və yeni ideyalarınızı, yaradıcı potensialınızı reallaşdırmaq imkanı əldə edəcəksiniz.  

Proqram bütün təhsil və sərgi layihələrində aktiv iştirak etmək imkanı təklif edir.

Təcrübə dövrü: 6-12 ay. İş qrafiki: 4 saatdan az olmayaraq. Təhsilinizlə əlaqədar iş qrafiki sizinlə əvvəlcədən müəyyənləşdiriləcək. 

     Art təcrübə proqramında iştirakınızla siz eldə edəcəksiniz:

  • Dinamik yaradıcı mühitdə iş təcrübəsi;
  • Hər gün müasir incəsənət, musiqi və kino aləminin tanınmış simaları ilə ünsiyyət imkanı;
  • YARAT səhnəsində müəllifi olduğunuz layihələrin həyata keçirilməsi;
  • Tövsiyə məktubu (YARAT tərəfindən yalnız proqramı uğurla başa vuran şəxslər üçün);

    Tələblər:

  • 18-25 yaş arası tələbələr;
  • Azərbaycan dili ilə yanaşı ən azı bir xarici dil (ingilis, rus və s.) bilmək vacibdir;
  • Cəsarətli və qeyri-adi düşünmək qabiliyyətinə malik olmaq;
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Proqrama müraciət etmək istəyirsinizsə, 13 may 2016-cı il tarixinə qədər qeydiyyatdan keçməyiniz xahiş olunur.