Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsinin təşkilatçılığı ilə 23 noyabr 2017-ci il tarixində saat 11:30-dan 19:00-a qədər Hilton otelində SABAH Xaricdə Təhsil Sərgisi keçiriləcəkdir.
Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya, və s. ölkələrin universitetləri iştirak edəcəkdir.
Sərgini ziyarət etməklə müxtəlif bakalavriat, magistratura, PhD, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları haqqında, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və konsultasıya almaq imkanı qazanacaqsınız!Sərgi ərazisində müxtəlif təhsil pillələri, universitetlərə müraciət, uğurlu viza sənədləşməsi mövzularında seminarların təşkil olunacaqdır. Sərgidə sizə xaricdə təhsil üzrə peşəkar konsultantlar da öz dəstəyini göstərəcək və sizə təhsil məqsədlərinizi uğurlu planlaşdırmağa yardımçı olacaqlar.
Sərgidə iştirak edən universitetlərin siyahısı ilə tanış ola bilərsiniz: www.xaricdetehsil.sabah.edu.az
Sərgi haqqında yenilikləri izləməyə davam edin: www.studyabroad.sabah.edu.az
Sərgidə iştirak üçün qeydiyyat mütləqdir.
Son qediyyat tarixi 15.11.2017