Təhsil Nazirliyinin SABAH qruplarının təşkilatçılığı ilə 23 noybar 2017-ci il tarixində "SABAH Xaricdə Səhsil Sərgisi” keçirilmişdir.
Sərgi iştirakçıları 10-dan artıq ölkənin 100-dən çox universitetində bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər.
Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edib.
Ziyarətçilər xarici universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, sənədlərini təqdim etmək imkanı qazanıblar.
Sərgiyə paralel olaraq gün ərzində xarici mütəxəssislər tərəfindən “İsveçrədə turizm təhsili”, “Almaniyada inkişaf imkanları”, “Polşada təhsil” mövzularında seminarlar keçirilmişdir.