Tələbələrin növbəti tədbiri SABAH yataqxanasında oldu.

SABAH yataqxanasında tələbələrin təşəbüsü və özfəaliyyəti çərçivəsində silsilə olaraq Azərbaycan mədəniyətinin müxtəlif sahələrini əhatə edən tədbirlər keçirilir. Tədbirlər Azərbaycan tarixi haqqında məlumat vermək, Azərbaycan musiqisinin sevdirilməsi, poeziyaya maraq yaradılması istiqamətində olmaqla Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Turan Həsənlinin təşkilatçılığı ilə keçirilir. Növbəti tədbirdə tələbələrin qonaqları SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Təhsil üzrə ekspert Kamran Əsədov, Welcome Travel şirkətinin rəhbəri Emin Quliyev və Barattson şirkətinin əməkdaşı Cəlal Cumşidi olmuşdur. Tədbirin açılışın Şahin Seyidzadə edərək tədbir haqqında dəyərli fikirlərini tələbələrlə bölüşmüş, daha sonra isə yataqxanada səmərəli fəaliyyətlərlə məşğul olan fəal tələbələrə sertifikatlar təqdim etmişdir. Tədbirin davamında Azərbaycan musiqisi səslənib. Tədbirin 2-ci hissəsində tədbirə dəstək olan Welcome travel və Barattson School of Business&Finance tərəfindən tədbirdə fəal olan tələbələr qiymətləndirilib. Ən sonda isə Kamran Əsədov tədbir haqqında fikirlərini səsləndirib və tələbələri maraqlandıran suallara cavab verərək öz tövsiyələrini vermişdir.