UNİVERİUM yataqxanasına yerləşmə qrafiki (II kurs)

Hörmətli tələbələr, 2021/2022-ci tədris ilində SABAH yataqxanası ilə təmin olunmaqla bağlı aşağıdakı məlumatla tanış olmağınız xahiş olunur.

Univerium yataqxanasına müraciəti təsdiqlənmiş və siyahıda adları olan tələbələr yataqxanaya növbəli şəkildə yerləşdiriləcək.  Yerləşdirilmə aşağıdakı kateqoriyaların göstərilən ardıcıllığına müvafiq aparılacaq:

  1. SABAH qruplarına qəbul zamanı elektron müraciət formasında yataqxanaya ehtiyac olduğunu göstərmiş II kurs tələbələri;
  2. Həssas kateqoriyaya aid tələbələr (Müvafiq elanda göstərilmiş MEYARLARA cavab verən tələbələr);
  3. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan tələbələr (sadəcə qeydiyyat ünvanı nəzərə alınmaqla yerləşdirilənlər).

 

DİQQƏT!

1-ci kateqoriyaya aid olan tələbələrin yerləşmə qrafiki ilə buradan tanış ola bilərsiniz.

Digər kateqoriyalara aid olan tələbələrin yerləşmə qrafiki yaxın günlərdə www.sabah.edu.az  saytında paylaşılacaq.