Hörmətli müəllimlər!
Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları layihəsi tədris üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tədrisin təşkili və keyfiyyətə nəzarət.
- Tədris planlarının və proqramlarının tərtib olunmasına nəzarət, dəstək və əlaqələndirmə.
- Dərs cədvəllərinin tərtib olunmasına nəzarət, dəstək və əlaqələndirmə.
- Baza ali təhsil müəssisələrində resurs mərkəzlərin təşkil olunması, onların resuslarla təmin olunması, işlərin ələqələndirilməsi və dəstək.
- Xaricdən dəvət olunan müəllimlərin tədris planlarının və cədvəllərinin təskil olunması üçün tələb olunan dəstək.
Namizədə tələblər:
- Magistr dərəcəli
- Təhsil sahəsində 3 ildən artıq iş təcrübəsi
- Azərbaycan Rus və İngilis dillərini mükkəməl bilən, bu dillərdə inzibati və rəsmi yazışmalar apara bilən.
- Ünsiyyət, inandırma və liderlik qabiliyyət olan
Namizədlər CV-lərini 1 oktyabr 2015-ci il tarixinə qədər ilhama.rahimova@edu.gov.az ünvanına mövzu başlığını "Vakansiya" yazaraq göndərməlidirlər.