2015/2016-cı tədris ilində SABAH qruplarına qəbul olunmuş və hazırda II kursda təhsil alan SABAH tələbələrinin 24 – 31 iyul 2016-cı il tarixləri arasında Böyük Britaniyanın London şəhərində keçiriləcək yay məktəbində iştirak üçün seçim müsabiqəsi başa çatmışdır.
Müsabiqənin hər 3 mərhələsindən uğurla keçmiş, akademik göstəriciləri, motivasiya, dünyagörüşü, təmsilçilik, ünsiyyət, və s. meyarlar üzrə yüksək qiymətləndirilmiş tələbələr yay məktəbində iştirak haqqı qazanmışlar.
Müsabiqəni uğurla başa vurmuş tələbələrin siyahısını buradan əldə edə bilərsiniz.
DİQQƏT!
- Qalib olmuş tələbələrlə görüş 5 iyul 2016-cı il tarixində, saat 15:00-da Təhsil Naziriliyində keçiriləcəkdir.
- Görüşə gələrkən təqdim olunmalıdır:
1. Şəxsiyyət vəsiqəsi
2. Xarici pasport
3. Ali təhsil müəssisəsində təhsil aldığınızı sübüt edən arayış