İngilis dili biliyini təkmilləşdirmək, müxtəlif sosial problemlərin həlli yolunu axtarmaq və böyük bir komandanın üzvü olmaq istəyirsənsə “Your English Voice” müsabiqəsinə qoşul və Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı qazan!
Müsabiqədə Təhsil Nazirliyinin tabeliyində, Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri iştirak edə bilər.
Universitetlərin siyahısı:
Müsabiqənin mərhələləri:
Müsabiqəyə qoşulmaq üçün 21 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalından uyğun qaydada qeydiyyatdan keçməyiniz tələb olunur.
Müsabiqə mərhələləri haqqında ətraflı məlumat mütəmadi olaraq www.sabah.edu.az saytında paylaşılacaqdır.
“Your English Voice” müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council Azərbaycan” təşkilatının birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir